İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu zədələnib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ris Uilyams 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının düşərgəsində zədələnib.
 
Bu barədə "Sky Sports" məlumat yayıb. Uilyamsın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Liverpul"da Vircil van Dayk, Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold, Endi Robertson və Cordan Henderson da zədələnib.
 
Ris Uilyams bu mövsüm "Liverpul"un əsas komandasıyla 5 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest