"Zirə"nin futbolçusu Klesio Bauk koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
 
Xəbərdə 26 yaşlı yarımmüdafiəçinin son testinin neqativ çıxdığı diqqətə çatdırılıb. Hazırda Mozambikdə olan oyunçunun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir. (report)
 
Qeyd edək ki, Klesio Baukun koronavirus testi Mozambik yığmasnın düşərgəsində müsbət çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest