Dünyanın ən çox tamaşaçı toplayan komandalarının siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, cari mövsümün arxada qalan hissəsinin göstəricilərinin əksini tapdığı siyahıya Dortmund "Borussiya"sı başçılıq edir.

Artıq neçə illərdi bu göstəricidə dünya birincisi olan Almaniya klubunun hazırkı göstəricisi 79 min 96-dı. Orta hesabla 74 min tamaşaçı toplayan "Bavariya" 2-ci, 71 min 107 azarkeşlə öyünən "Mançester Yunayted" 3-cüdü.

Azərbaycan klubları deyil, hətta Topaz Premyer Liqasının nəinki orta, mütləq göstəricisi də nəhənglərlə ayaqlaşa bilmir. Belə ki, çempionatımızın arxada qalan 26 matçını (nəticəsi ləğv olunan oyun nəzərə alınmır) ümumilikdə 26 min 600 tamaşaçı izləyib. Bu rəqəm "Borussiya"nın hər ev matçında topladığı azarkeşlərin 1/3-i ilə müqayisə oluna bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest