"Zirə" klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, bunları qeyd edib: "Zirə"nin əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq. İlqarın bizi kürəyində vüqarla daşıdığı kimi. "Zirə"dən belə bir təklif gələndə iki əlli razılaşdıq. Şəhidlər ölməz, vətən bölünməz!"
 
Qeyd edək ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtərdə qəhrəmancasına şəhid olub. O, "Zirə"nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub. 
 
Tamerlan isə son dövrlərə kimi "Zirə"nin 19 yaşlılardan ibarət komandasında çıxış edirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest