Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
"İnter" bu tur çərçivəsində Turinin "Torino" klubunu qəbul edib və inamlı qələbəyə sevinib. "Roma" "Parma"nı, "Udineze" isə "Cenoa"nı məğlub yola salıb.
 
"Fiorentina" evdə "Benevento"ya, "Sampdoriya" "Bolonya"ya, "Verona" isə "Sassuolo"ya uduzub.
 
Turun mərkəzi görüşü Neapolda keçirilib. Lider "Milan" burda Cennaro Qattuzonun rəhbərlik etdiyi "Napoli"ni məğlub edib.
 
İtaliya A Seriyası
8-ci tur
21 noyabr
 
Krotone – Latsio 0:2
Qol: İmmobile, 21. Korrea, 58.
 
Spetsiya – Atalanta 0:0
 
Yuventus – Kalyari 2:0
Qol: Ronaldo, 38; 42.
 
22 noyabr
 
Fiorentina – Benevento 0:1
Qol: İmprota, 52.
 
Roma – Parma 3:0
Qol: Mayoral, 28. Mxitaryan, 32; 40.
 
İnter – Torino 4:2
Qol: A.Sançes, 64. Lukaku, 67; 84-pen. L.Martines, 90 – Zaza, 45+2. Ansaldi, 62-pen.
 
Sampdoriya – Bolonya 1:2
Qol: Torsbi, 7 – Recini, 44-öz qapısına. Orsolini, 52.
 
Verona – Sassuolo 0:2
Qol: Boqa, 42. Berardi, 76.
 
Udineze – Cenoa 1:0
Qol: De Paul, 34.
 
Napoli – Milan 1:3
Qol: Mertens, 63 – İbrahimoviç, 20; 54. Hauqe, 90+5.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest