Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Ersgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov 2-ci Bundesliqanın 8-ci turu çərçivəsində "Darmştadt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Bu qələbə çox vacib idi. çünki 4 oyundur qalib gələ bilmirdik. üstəlik, yenə doğma meydanda qələbə qazandıq".
 
90+1-ci dəqiqədə oyuna daxilan olan və 2 dəqiqə sonra komandasının üçüncü qoluna imza atan 30 yaşlı hücumçu özünə inamının artdığını söyləyib: "Əlbəttə, son 2-3 dəqiqədə oynadığım üçün məmnun deyiləm. Qısa müddətdə çox az iş görmək olur. Rəqib hücum edirsə, topla oynadığınız üçün xoşbəxt olmalısınız. özümü daha yaxşı tərəfdən göstərməyə və baş məşqçinin etimadını qazanmağa çalışacağam".
 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Ersgebirge" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Cari mövsümdə ilk qolunu vuran Nazarov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı son matçlarında iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest