İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Merih Demiral zədələnib.
 
Matc.az xəbər verir ki, "Kalyari" ilə oyunda (2:0) sıradan çıxan 22 yaşlı futbolçu əzələsindən zədələnib.
 
Onun 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Demiralın UEFA çempionlar Liqasında "Ferentsvaroş" və A Seriyasında "Benevento" ilə oyunları buraxacağı deyilir.
 
Türkiyə millisinin də üzvü olan futbolçu cari mövsümdə ümumilikdə 8 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest