Dmitrios çantakias "Zirə"də qol hesabını açıb.
 
Matc.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 10-cu turunun "Keşlə" ilə ev matçına təsadüf edib.
 
3:1 hesablı qələbəyə qolla töhfə verən yunan legioner ilk qolunu "qartallar"ın heyətindəki 9-cu matçda vurub. çantakias klub tarixinə Premyer Liqada qol vuran 45-ci futbolçu kimi düşüb. Onadək 44 oyunçu rəqib qapısına yol tapıb.
 
Komandanın kapitanı Ağabala Ramazanov 10-cu Premyer Liqa görüşündə 6-cı qola imza atıb. O, "qartallar"ın Premyer Liqadakı bombardirləri siyahısında eyni sayda qol vuran Aleksandr Dedov, Yovan Krneta və Vüsal İsgəndərliyə çatıb. Bu "dördlük" 5-8-ci yerləri bölüşür. Orta məhsuldarlığı 0,60-a bərabər olan Ağabala bu göstəricidə "Zirə"nin rekordçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest