19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin II qrupun oyunlarına yekun vurulub. Matç.az saytı xəbər verir ki, Azərbaycan milli komandası III turda Kiprlə qarşılaşıb.

İlk iki turda uduzan komandaların dueli formal xarakter daşıyıb. Belə ki, rəqiblər elit-raunda yüksəlmək şansını bu matçadək itirib.

Matçda hesabı kiprlilər açıb. Yığmamızın avtoqolu ada təmsilçisini önə çıxarıb. Lakin millimiz fasiləyədək nəinki hesabda tarazlıq yaradıb, hətta üstünlüyə də sahib olub. İki dəqiqəyə vurulan 2 qol millimizə 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, turun digər oyununda elit-raunda vəsiqəni təmin edən meydan sahibi Türkiyə ilə İsveçrə qarşılaşıb. Qrup qalibinin müəyyənləşdiyi matçda sonuncular qələbə qazanıb – 5:0.

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

II qrup, III tur

9 oktyabr

Kipr (U-19) - Azərbaycan (U-19) - 1:2

Qollar: Ayşən Əhmədova, 25-avtoqol - Vüsalə Seyfəddinova, 34, Nino Qurqenidze, 35

Hakimlər: Valentina Finzi, Tiziana Traskiatti (hər ikisi İtaliya), Sədəf Aktan, Qamze Durmuş (hər ikisi Türkiyə)

Antalya. Arslan Zəki Dəmirçi Kompleksi

1.

İsveçrə

3

3

0

0

17-0

9

2.

Türkiyə

3

2

0

1

5-6

6

3.

Azərbaycan

3

1

0

2

2-6

3

4.

Kipr

3

0

0

3

2-14

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest