"Şəhərlilər" onun transferi üçün meneceri ilə təmasa keçib. Premyer Liqa təmsilçisi İspaniya millisinin üzvünü yanvarda heyətinə qatmaqda israrlıdı.

"Real"ın yarımmüdafiəçisi İsko İngiltərəyə köçməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Mançester Siti"yə keçə bilər.

"Şəhərlilər" onun transferi üçün meneceri ilə təmasa keçib. Premyer Liqa təmsilçisi İspaniya millisinin üzvünü yanvarda heyətinə qatmaqda israrlıdı. Həmçinin "kral klubu" da bu transferə qarşı deyil. Baş məşqçi Santyaqo Solarinin ixtiyarında görmək istəmədiyi orta sahə oyunçusu üçün madridlilər 100 milyon funt-sterlinq qiymət oxuyub. Klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, İskonun "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest