İngiltərənin "Nyukasl" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus "Sky Sports"a açıqlamasında deyib.
 
O, 3 futbolçunun və məşqçilər korpusundan 1 nəfərin koronavirusa yoluxduğunu bildirib.
 
Koronavirusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
 
"Nyukasl" İngiltərə Premyer Liqasında 10 turdan sonra 14 xalla 10-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest