"Atletiko"nun hücumçusu Dieqo Kosta uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu dərin damar trombozundan əziyyət çəkir.
 
Bu barədə "Daily Mail" məlumat yayıb. Xəbərdə, Kostanın 6 ay yaşıl meydanlardan uzaq qala biləcəyi qeyd olunub.
 
Braziliya əsilli ispaniyalı hücumçu koronavirusa yoluxduqdan sonra onda dərin damar trombozu yaranıb və bunun müalicəsi 3-6 ay çəkir.
 
Kosta bu mövsüm "Atletiko" ilə La Liqada 5 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest