Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 
 
"Auqsburq" – "Frayburq" və 6 qolun qeydə alındığı "Yunion" – "Ayntraxt" matçlarında qalib müəyyənləşməyib.
 
Dortmund "Borussiya"sı bu tur çərçivəsində "Köln"ü sınağa çəkib və doğma meydanda məğlubiyyətlə üzləşib. "Bavariya" isə səfərdə "Ştutqart"la qarşılaşmadan inamlı qələbə ilə ayrılıb. Münhenqladbax "Borussiya"sı mövsümə uğursuz start verən və son pillədə qərarlaşan "Şalke"ni darmadağınla yola salıb. "Leyptsiq" də "Arminiya" üzərində qələbəyə sevinib.
 
Almaniya Bundesliqası
9-cu tur
27 noyabr
 
Volfsburq – Verder 5:3
Qol: Baku, 22. Bruks, 25. Veqorst, 37; 76. Bialek, 90+5 – Bittenkur, 13. Mohvald, 36. Bruks, 47-öz qapısına.
 
28 noyabr
 
Auqsburq – Frayburq 1:1
Qol: Varqas, 80 – Qrifo, 64.
 
Borussiya (Dortmund) – Köln 1:2
Qol: Hazard, 74 – Skhiri, 9; 60.
 
Leyptsiq – Arminiya 2:1
Qol: Anxelinyo, 29. Nkunku, 47 – Klos, 75.
 
Ştutqart – Bavariya 1:3
Qol: Kulibali, 20 – Koman, 38. Levandovski, 45+1. D.Kosta, 87.
 
Yunion – Ayntraxt 3:3
Qol: Endrix, 2. Kruse, 6-pen; 82 – A.Silva, 27; 37. Dost, 79.
 
Borussiya (Münhenqladbax) – Şalke 4:1
Qol: Noyhaus, 15. Vendt, 36. Turam, 52. Volf, 80 – Raman, 20.
 
29 noyabr
 
18:30 Bayer – Herta
21:00 Maynts – Hoffenhaym
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest