Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Fuat çapa çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq Super Liqanın digər təmsilçisi "Ankaragücü"nü çalışdıran Fuat çapa, 2010/11 və 2019/20 mövsümlərində də "Kasımpaşa"ya rəhbərlik edib. Bir sözlə bu, onun sözügedən kluba üçüncü qayıdışıdır.
 
52 yaşlı mütəxəssis daha öncə "Əskişəhərspor", "Boluspor", "Antalyaspor", "Kayseri Erciyesspor" və "Gənclərbirliyi"nin də baş məşqçisi olub.
 
Qeyd edək ki, mövsümə Mehmet Altıparmakla başlayan "Kasımpaşa" bir müddət öncə onu istefaya göndərmiş və İrfan Buzu baş məşqçi postuna gətirmişdi. Lakin Buz cəmi 14 günlük fəaliyyətindən sonra klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən istefa vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest