Ağdam klubu ilə noyabrın 26-da İstanbulda baş tutan qarşılaşmadan cəmi iki gün sonra "Sivasspor"un daha bir futbolçusunun, həmçinin texniki heyətdə yer alan iki nəfərin COVİD-19 testi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıblar.

Türkiyənin "Sivasspor" və "Kayserispor" klublarında koronavirusa yeni yoluxmalar qeydə alınıb.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Sivas təmsilçisində daha üç nəfərdə koronavirus aşkarlanıb.
 
Belə ki, Ağdam klubu ilə noyabrın 26-da İstanbulda baş tutan qarşılaşmadan cəmi iki gün sonra "Sivasspor"un daha bir futbolçusunun, həmçinin texniki heyətdə yer alan iki nəfərin COVİD-19 testi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıblar. 
 
Xatırladaq ki, "Sivasspor"da "Qarabağ"la oyundan öncə də 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.
 
"Kayserispor"da isə iki futbolçunun koronavirus testi müsbət çıxıb. Adları açıqlanmayan oyunçular karantinə alınıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest