Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Matç.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

İlk yarımfinalçı "Bayıl Arena"da müəyyənləşib. İndiyədək 1/4 final səddini adlaya bilməyən "Səbail"lə "Zirə" birincilərin meydanında üz-üzə gəlib.

Məhsuldar keçən görüşdə 5 qol vurulub. 4 gün öncə olduğu kimi yenə "Zirə" qalib gəlib və tarixində ilk dəfə yarımfinala yüksəlib.

Qəsəbə klubunun rəqibi Sumqayıtda müəyyənləşib. öz meydanında 0:2 hesabı ilə uduzan "Neftçi" "Sumqayıt"la dueldə dönüş yaratmağa çalışıb.

İlk yarının sonlarında bakılılar hesabı açıb. Fasilədən sonra da qonaqlar daha fəal olub. Görüşün sonluğu əsəb gərginliyi və aranın qarışması ilə diqqət çəkib. Nəticədə sumqayıtlılar azlıqda qalıb və matça 7 dəqiqə əlavə edilib. Lakin meydan sahibləri iki oyunun cəmindəki üstünlüyünü qoruyaraq yarımfinala  yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək "Keşlə" - "Qarabağ" və "Sabah" – "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19 dekabr (çərşənbə)

"Sumqayıt" – "Neftçi" - 0:1
Qol: 
Namiq Ələsgərov, 39
Qırmızı vərəqə: Arif Daşdəmirov, 84

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
"Kapital Bank Arena"
İlk oyun - 2:0

"Sumqayıt" : 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Ayxan Abbasov

"Neftçi": 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov (k), 28. Slavko Braliç, 26. ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Rəşad Əzizli, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 18. Tural Axundov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 4. Rəşad Eyubov

Baş məşqçi: Roberto Bordin

 

"Səbail" – "Zirə" - 2:3
Qollar: 
Adrian Skarlatake, 3-ö.q., Ruslan Qurbanov, 83 - Adil Nağıyev, 45+2, 73, Pərdis Fərcad-Azad, 63
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bayıl Arena"
İlk oyun - 0:1

"Səbail" : 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 71. Mövlan Kərimov, 11. Ruslan Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

"Zirə": 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest