Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Sumqayıt" – "Neftçi" matçının sonluğu qalmaqalla yadda qalıb. Matç.az xəbər verir ki, 83-cü dəqiqədə futbolçular arasında çaxnaşma düşüb.

Buna "Neftçi" futbolçularının topu meydandan çıxaran rəqibə qaytarmaq istəməməyi səbəb olub. Nəticədə Arif Daşdəmirovla Kiril Petrov arasında insident yaşanıb. Digərləri də bu münasiqəşəyə qoşulub.

Bir neçə dəqiqəlik dayandırılan oyun hər iki futbolçuya sarı vərəqə göstərilməsi ilə bərpa edilib. Lakin Arif görüş ərzində ikinci xəbərdarlığı aldığından meydandan qovulub. 0:1 hesabı ilə geridə olan meydan sahibləri azlıqda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest