"Neftçi" qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov "Neftçi TV"yə açıqlamasında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesi Bakıda olacaq:
"Artıq məsələ 80-90 faiz dəqiqləşib. ölkə xaricinə çıxmaq düzgün olmaz. çünki koronavirus təhlükəsi var. Orada nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə, toplanışın vaxtı dəqiqləşməlidir".