"Zirə" komandasının qış fasiləsində təlim-məşq toplanışı keçəcəyi yer müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Elman Himayətoğlu məlumat verib.
 
Onun sözlərinə görə, komanda mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq. "Qartallar" koronavirus pandemiyasının geniş yayılması və vaxt azlığı səbəbindən ölkə xaricinə yollanmayacaq.
 
Himayətoğlu braziliyalı hücumçu Kaio Rangel da Silva ilə müqaviləyə xitam verilməsinin səbəbini də açıqlayıb: "Hər şey qarşılıqlı razılıq əsasında oldu. Futbolçu ehtiyatda qalmaq istəmədiyini, daha çox oynamaq niyyətində olduğunu bildirdi. Biz də onun qərarını anlayışla qarşıladıq".
 
Qeyd edək ki, 24 yaşlı forvard cari mövsümün əvvəlində ölkəsinin "Ferrovayra" klubundan transfer edilmişdi. Onunla 1+1 illik sözləşmə imzalanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest