Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilədək uzadılıb.
 
Yeni qərar ökədaxili yarışlarda 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq. Beynəlxalq matçlarda isə 5 əvəzetmə qaydasından 2022-ci il iyulun 31-dək istifadə olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest