Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və yığmanın kapitanı Maksim Medvedevin FİFA-nın "The Best" mükafatının sorğusunda kimlərə səs verdiyi məlum olub.
 
Matc.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Byazi ən yaxşı kişi futbolçu nominasiyası üzrə Robert Levandovskiyə ("Bavariya") 5, Məhəmməd Salaha ("Liverpul") 3, Kevin de Bruyneyə ("Mançester Siti") isə 1 səs verib. İtalyan mütəxəssis ən yaxşı kişi baş məşqçi sorğusunda isə Yurgen Kloppa ("Liverpul") 5, Xulen Lopeteqiyə ("Sevilya") 3, Zinəddin Zidana ("Real") 1 səs verib.
 
"Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Medvedev isə ən yaxşı kişi futbolçusu sorğusunda Levandovskiyə 5, Kriştiano Ronaldoya ("Yuventus") 3, Serxio Ramosa ("Real") 1 səs verib. Medvedev ən yaxşı kişi baş məşqçi nominasiyasında Yurgen Kloppa 5, Zinəddin Zidana 3, Hans-Diter Flikə ("Bavariya") 1 səs verib.
 
FİFA tərəfindən ilin ən yaxşı futbolçusu "Bavariya"lı Robert Levandovski, ən yaxşı kişi baş məşqçi isə "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest