İngiltərənin "Mançester Yunayted" klubu yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqanın 13-cü turunda səfərdə "Şeffild Yunayted"i 3:2 hesabı ilə məğlub edib.
 
"Mançester Yunayted" çempionatda ardıcıl 10 səfər matçında 2 və daha çox qol vuran ilk komanda olub. Mankunianlar "Tottenhem"in 1960-cı ildəki rekordunu qırıb.
 
Qeyd edək ki, "Mançester Yunayted" bu qələbədən sonra 23 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest