"Fənərbaxça" Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı "Qaziantep"lə səfər oyununa ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
 
Zədədən əziyyət çəkən Xose Sosa, Tolqa Ciğerci, Enner Valensia, Maurisio Lemos, Mbvana Samatta və Diego Perotti səfər oyununa aparılmayacaq. Altay Bayındır isə cəzalı olduğu üçün növbəti matçı buraxmalı olacaq.
 
"Qaziantep" – "Fənərbaxça" matçı sabah keçiriləcək. Mövsümə çox yaxşı start verməsinə baxmayaraq, son oyunlarda ardıcıl uğursuzluqlarla üzləşən "Fənərbaxça" hazırda 23 xalla 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest