İtaliyanın "Napoli" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Dris Mertens zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya A Seriyasının 12-ci turunun "İnter"lə görüşündə zədələnən Mertens, azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
"İnter" – "Napoli" matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest