İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mərkəz müdafiəçisi Frederik Alvesi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danimarkanın "Silkeborq" klubundan transfer olunan 21 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasına qışda qoşulacaq.
 
"Silkeborq"un öz yetirməsi olan Alves, 3.5 mövsümdür cəlb olunduğu əsas komandada 48 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest