Madrid "Atletiko"su İspaniya La Liqasının 15-ci turu çərçivəsində "Real Sosyedad"ı 2:0 hesabı ilə məğlub edib.
 
Matc.az xəbər verir ki, bu qələbə paytaxt klubunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
 
Belə ki, Simeone "Atletiko"nun "sükanı arxasında" 300-cü qələbəyə sevinib. O, bu göstəriciyə 499-cu oyunda çatıb. 
 
Simeone 500-dən az oyunda 300 qələbəyə sevinən ikinci mütəxəssis olub. Daha əvvəl "Real"ın sabiq çalışdırıcısı Miçel Munos 500-dən az oyunda 300 qələbəni bayram edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest