özbəkistanın "Paxtakor" klubunun baş məşqçisi Şota Arveladze istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
 
Gürcü məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".
 
Qeyd edək ki, 2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda "Alkmaar", Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest