Futbol üzrə İngiltərə liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mançester Siti"yə 1:4 hesabı ilə məğlub olan "Arsenal" ciddi itki ilə üzləşib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçusu Qabriel Martinelli sıradan çıxıb.
 
Oyunun 49-cu dəqiqəsində zədələnən 19 yaşlı futbolçu matçı davam etdirə bilməyib və əvəzlənib. Onun hansı müddətə sıradan çıxdığı məlum deyil.
 
Mart ayında dizindən zədələnən Martinelli zədədən yeni qayıtmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest