İngiltərənin "Aston Villa" klubu qapıçısı Lovre Kaliniçi icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı qolkiper Xorvatiyanın "Hayduk" klubuna icarəyə verilib.
 
Bu barədə "Hayduk"un rəsmi saytı məlumat yayıb. Xorvat futbolçu 2021-ci ilin yayına qədər ölkəsində çıxış edəcək.
 
Qeyd edək ki, Kaliniç bu mövsüm "Aston Villa"da heç bir rəsmi oyunda iştirak etməyib. Xorvatiya yığmasının üzvü 2018-ci ildən Premyer Liqa təmsilçisində forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest