Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda evdə "Zirə"ylə qarşılaşacaq "Qarabağ" bu gün matçın hazırlığını klubun bazasında tamamlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə o da bildirilir ki, komanda oyunöncəsi koronavirus testindən keçib və bütün testlərin nəticələri neqativ olub. 
 
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Zirə" matçına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest