Almaniyanın "Bayer" klubu yarımmüdafiəçisi Florian Virtslə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
17 yaşlı futbolçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.
 
Qeyd edək ki, Virts bu mövsüm Bundesliqada 12 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest