Azərbaycanda 2018/19 mövsümünün qış transfer "pəncərə"si bağlanıb. Matc.az xəbər verir ki, yanvarın 12-dən başlayaraq futbolçu keçidlərini rəsmiləşdirən klublara verilən vaxt başa çatıb.

Lakin Azərbaycan klubları mövsüm boyu heyətinə əl gəzdirmək imkanına da malikdi. Komandalar azad agent statuslu oyunçularla güclənə bilər. Təmsilçilərimizin əksər hallarda məhz müqaviləsiz futbolçuları heyətinə qatdığını nəzərə alsaq, yeni transferlər gözləməyə dəyər. Əvvəlki illərdə belə nümunələr çox olub.

Başa çatan 4 həftəlik dövrə baxsaq, çempionatın lideri "Neftçi" 6 oyunçu ilə güclənib. Autsayderlər qrupunda yer alan üç komanda – "Sumqayıt", "Keşlə" və "Zirə" də eyni sayda futbolçuya ehtiyac duyub.

"Sabah" qışda 4 transfer rəsmiləşdirib. Son çempion "Qarabağ"la "Səbail" isə cəmi 3 futbolçunu heyətinə qatıb. "Qəbələ" hamıdan az – yalnız iki futbolçunu transfer edib.

"Neftçi"

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Aqil Məmmədov ("Qəbələ"), Turan Vəlizadə ("Qarabağ"), Vangelis Platellas (OFİ, Yunanıstan), Canluka Sansone ("Novara", İtaliya)

Gedənlər: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari ("Əl Oruba", Birləşmiş Ərəb Əmirlikləri: icarəyə), Slavko Braliç (AEL, Yunanıstan), Dario Federiko ("Daequ", Cənubi Koreya)

Müqavilə müddətini artıran: Yoxdu

 

"Qarabağ"

Gələnlər: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda ("Astana", Qazaxıstan: icarəyə)

Gedənlər: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")

Müqavilə müddətini artıran: Yoxdu

 

"Səbail"

Gələnlər: Elvin Yunuszadə ("Sabah"), Oke Akpoveta ("Eskilstuna", İsveç), Aleksandr Rıbka ("Afyet Afyonspor", Türkiyə)

Gedənlər: Emil Balayev ("Tobol", Qazaxıstan), Edqar Paçeko

Müqavilə müddətini artıran:

 

"Sabah"

Gələnlər: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ"), Əmirhüseyn Nəcəfi

Gedənlər: Aydın Bayramov ("Sumqayıt"), Elvin Yunuszadə ("Səbail"), Tural Qürbətov ("Şüvəlan"), Vitali Kvaşuk ("Qomel", Belarus), Əlibəy Məmmədli, Elvin Bədəlov, ülvi İbazadə 

Müqavilə müddətini artıran: Yoxdu

 

"Qəbələ"

Gələnlər: Anar Nəzirov ("Zirə"), David Volkovi ("Saburtalo", Gürcüstan)

Gedənlər: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi"), Hacıağa Hacılı ("Qarabağ")

Müqavilə müddətini artıran: Yoxdu

 

"Sumqayıt"

Gələnlər: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi ("Maşinsazi", İran: icarəyə), Peyman Keşavarz ("Yasan Al-Vaste", Oman), Əmir Ağayev ("Hapoel", Təl-Əviv, İsrail)

Gedənlər: Bəxtiyar Həsənalızadə ("Zirə"), Orxan Sadıqlı ("Keşlə": icarədən qayıdıb), Orxan Əliyev

Müqavilə müddətini artıran: Yoxdu

 

"Keşlə"

Gələnlər: Orxan Sadıqlı ("Sumqayıt": icarədən qayıdıb), Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Emin Mehtiyev ("Qaradağ Lökbatan"), Valeri Kutsenko ("Speranta", Moldova), Luis Anxelo Pena ("Mineros", Venesuela), Rəşad Sadiqov

Gedənlər: Orxan Sadıqlı ("Zirə"), Məmməd Quliyev ("Şüvəlan"), Georgios Georgiadis, Diallo Quidileye(hər ikisi "Elazığspor", Türkiyə), Ebrima Sohna, Bahodir Nəsimov, Herve Tçami, Elnur Cəfərov

Müqavilə müddətini artıran: Yoxdu

 

"Zirə"

Gələnlər: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"), Mfo Kqasvane ("Baroka", CAR), İsmail Fofana ("Voyvodina", Serbiya), Xulio Sezar Rodriqez Ximenes ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande ("Baroka", Cənubi Afrika Respublikası)

Gedənlər: Adil Nağıyev ("Sumqayıt"), Anar Nəzirov ("Qəbələ"), Vüsal İsgəndərli ("Keşlə")

Müqavilə müddətini artıran: Yoxdu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest