FİFA-nın kommersiya direktoru Filipp Le Flok bu il keçirilən dünya çempionatı ilə bağlı müsbət fikirlər səsləndirib. Matç.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Le Flok azarkeş marağı ilə bağlı rəqəmlərin ürəyaçan olduğunu bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin yarısı Rusiyadakı mundialı televiziya vasitəsilə canlı izləyib: "Statistika bu il Rusiyada keçirilən dünya çempionatının tarixin ən yaxşısı olduğunu təsdiqlədi. Tamaşaçıların oyunları izləmək üçün ayırdıqları vaxtın çoxalmasından xüsusilə məmnunuq. Bu, baş tutan matçların azarkeşlərin tələblərinə cavab verdiyini göstərir. Fakt odu ki, dünya əhalisinin yarısı Dç-2018-i izləyib. Bu, təkcə keyfiyyətli yayımdan deyil, həm də azarkeşlərin yüksək səviyyəli futbola tamaşa etmələrindən qaynaqlanır".

Qeyd edək ki, finalda Xorvatiya üzərində qələbə qazanan (4:2) Fransa dünya çempionatının qızıl medallarını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest