Legionerlərdən son olaraq "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda dünən gecə saatlarında paytaxtımıza gəlib və bu gün səhər məşqində kollektivə qoşulacaq.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Farer adalarının qonağı olacaq Azərbaycan millisi bu gün səfərə yola düşəcək. Yığmanın mətbuat xidmətindən matç.az saytına verilən məlumata görə, komandamız çarter reysi ilə yollanacaq.

Komandamızı aparacaq təyyarə 17:25-də yola düşəcək. "Hava gəmisi" əvvəlcə Danimarkaya, ordan isə Farer adalarına uçacaq.

Artıq bütün futbolçular baş məşqçi Qurban Qurbanovun ixtiyarındadı. Legionerlərdən son olaraq "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda dünən gecə saatlarında paytaxtımıza gəlib və bu gün səhər məşqində kollektivə qoşulacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest