Qış fasiləsi yaranan kimi heyətində təmizləmə işləri aparan "Sabah" həmçinin transfer hərəkatına da başlayıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 6 futbolçu ilə yollarını ayıran debütant əvəzində ilk keçidini reallaşdırıb.

Paytaxt təmsilçisi dünən "Neftçi" ilə vidalaşan Rəşad Eyubovu heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2,5 illik müqavilə bağlayıb. Rəşad "Sabah"da 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rəşad Eyubov "Neftçi"yə qədər "Simurq", "Kəpəz", "Qəbələ" və "Sumqayıt"ın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest