"Bavariya" İdarə Heyətinin sədri Karl-Haynz Rummenige ilə müqavilə müddətini uzadıb. Matç.az klubun saytına istinadən məlumat verir ki, məşhur funksionerlə yeni anlaşma iki illik nəzərdə tutulub.

Rummenigenin əvvəlki müqaviləsi 2019-cu ildə sona çatmalı idi.

Bundan əlavə, Münhen təmsilçisinin iki futbolçusu zədələnib. çempionlar Liqasının "Benfika" ilə matçında xəsarət alan Aryen Robben və Bundesliqanın "Leypziq"lə oyununda zədələnən Serj Qnabri üçün ili erkən bitmiş saymaq olar.

Hər iki futbolçu bir müddət komandalarına kömək edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest