"Ştutqart"ın müdafiəçisi Benjamin Pavar tezliklə klubunu dəyişəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Bavariya"nın formasını geyinməyə hazırlaşır.

Hələ yaydan onun keçidində maraqlı olan Münhen təmsilçisi artıq qarşı tərəflə ortaq məxrəcə gəlib. "Bavariya"nın 35 milyon avroluq təklifinin qəbul edildiyi bildirilib. Yeganə müəmmalı məqam Fransa millisinin üzvünün klubunu qış fasiləsində, yoxsa mövsümün sonunda dəyişməsidi. "Bavariya" transferin yanvarda gerçəkləşməsinə çalışır.

Qeyd edək ki, Benjamin Pavar "Ştutqart"a 2016-cı ildə "Lill"dən keçib. O, bu yay Fransa millisi ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest