"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bu gün "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Bu gün təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" ilə son yoxlama oyunumuzu keçirdik. Futbolçularımızın meydanda fiziki cəhətdən hərəkətliliyi bizim üçün vacib amillərdən idi. Həftə ərzində keçirilən məşqlərdə də yüklənmələr kifayət qədər olub. Futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub. Ona görə bu həftə taktiki baxımdan bizim üçün önəmli olacaq. "Keşlə" ilə 14-cü turda bizi çətin oyun gözləyir. Qarşılaşmaya qədər səhvlərimiz üzərində çalışıb, oyuna tam şəkildə hazır olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest