Maraq üçün xatırladaq ki, Premyer Liqanın ötən ildəki sonuncu - 13-cü turunda da "Qarabağ" məhz "Zirə" ilə qarşılaşmış və 0:2 hesabıyla yenik duruma düşdüyü matçdan 3:2 qalib ayrılmışdı.

Mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, Premyer Liqanın son çempionu "Zirə" ilə qarşılaşıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun məhsuldar alınıb. İlk hissəni "Zirə" 2:0 hesabıyla üstün bitirib. Lakin fasilədən sonra qısa müddət ərzində ardıcıl üç qol vuran "Qarabağ" önə keçib. Amma Ağdam klubu da bu üstünlüyünü sonadək qoruya bilməyib və görüş 3:3 hesabıyla bitib.
 
Maraq üçün xatırladaq ki, Premyer Liqanın ötən ildəki sonuncu – 13-cü turunda da "Qarabağ" məhz "Zirə" ilə qarşılaşmış və 0:2 hesabıyla yenik duruma düşdüyü matçdan 3:2 qalib ayrılmışdı.
 
Yoxlama oyunu
14 yanvar
 
Qarabağ – Zirə 3:3
Qol: Filip Ozobiç, 50. Mahir Emreli, 61. Abdullah Zubir, 66 – Klesio Bauk, 4; 41. Sertan Taşkın, 95.
Tofiq Bəhramov adına Respublika Stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest