"Zaman keçdikcə özümü daha çox evdəki kimi hiss edirəm, komandaya uyğunlaşıram. Ona görə bu cür çıxış edirəm".
 
Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Sabir Buqrin "Keşlə"ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun televiziyasına açıqlamasında deyib.
 
Təlim-məşq toplanışını dəyərlə Mərakeş əsilli belçikalı futbolçu hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: "Hamı özünü fiziki cəhətdən əla hiss edir. Komandada rəqabət var. İrəliləyiş nəzərə çarpır".
 
25 yaşlı oyunçu Premyer Liqanın 14-cü turunda "Səbail"lə keçirəcəkləri matça da toxunub: "Digər oyunlara necə çıxmışıqsa, bu dəfə də belə olacaq. öz oyunumuzu göstərəcəyik. Heç bir rəqibdən qorxmuruq. Əlimizdən gələni edəcəyik. Necə olacağını isə oyun göstərəcək".
 
Qeyd edək ki, "Neftçi" yanvarın 21-də "Səbail"in qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest