“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı qolkiper buna “Şalke” ilə səfər matınçda (4:0) nail olub.
 
Alman futbolçu çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə "Bavariya" və "Karlsrue"də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.
 
Noyer isə “Şalke” və "Bavariya"nın heyətində bu nəticəyə sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest