"Qalatasaray" sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə nigeriyalı futbolçunun "Monako"dan mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb. 23 yaşlı vinger köhnə-yeni komandasında "7" nömrəli formanı geyinəcək.
 
"Qalatasaray" "Monako"ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır. Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. "Onyekuru"nun özü idə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.
 
Qeyd edək ki, "Qalatasaray" Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə "Everton"dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də "Monako"dan icarətə götürülmüşdü. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində bütövlükdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest