Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
 
Matc.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
 
1/4 finalın ilk matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. Həmin gün "Qarabağ" - "Qəbələ" görüşü də baş tutacaq.
 
Bu mərhələnin ilk oyunlarına fevralın 2-də "Keşlə" – "Kəpəz, və "Neftçi" – "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.
 
Azərbaycan Kuboku
1/4 final
1 fevral
 
16:00. "Sumqayıt" – "Səbail"
Sumqayıt. "Kapital Bank Arena"
 
18:00. "Qarabağ" – "Qəbələ"
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
 
2 fevral
 
16:00. "Keşlə" – "Kəpəz"
Bakı. "ASK Arena"
 
18:00. "Neftçi" – "Zirə"
Bakı. "Bakcell Arena"
 
Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest