Futbol üzrə Azərbaycan millisinin və "Sabah" klubunun müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Danimarkada davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, Danimarkanın "Veyle" klubu Bəhlul üçün "Sabah"a müraciət edib. Bu barədə Danimarka mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 1,91 sm boya malik mərkəz müdafiəçisi Danimarka çempionatı üçün yaxşı seçim olar. Mustafazadənin "Sabah"da və milli komandada daim meydana çıxması da "Veyle"nin seçimində rol oynayıb.
 
Danimarka klubu Mustafazadəni yaya kimi icarəyə götürmək, daha sonra isə uzunmüddətli müqavilə bağlamaq istəyindədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest