Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında sərt qərarlar qəbul edilib. Matç.az saytı xəbər verir ki, qurum bir neçə komandaya texniki məğlubiyyət verib.

U-11 Liqasının "Neftçi" İK İB – "Polad" FK görüşündə birincilərin məşqçiləri Tural Kərimov və Orxan Məmmədov hakimin ünvanına təhqiramiz sözlər işlədiblər. Həmin vaxt meydandan kənarlaşdırılan məşqçilər 2 oyunluq cəzalandırılıblar. Qarşılaşmanın 30-cu dəqiqəsində meydançanı özbaşına tərk edən "Neftçi"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin liqanın "Şirvanovka" (Qusar) – "Quba" OK (Quba) oyununda meydan sahiblərinin heyətində yetərsayın olmaması komandaya 0:3 hesablı texniki məğlubiyyətlə başa gəlib. "Azəri" TİM – "Qoşqar-UGİM-2" matçında isə ikincilərin heyətində yetərsay olmayıb və onlar da eyni cəzaya məruz qalıblar.

U-12 Liqasının "Leon" – EFA matçında isə ikincilər iştirak etməyiblər. Bu səbəbdən "Leon"un aktivinə qələbə (3:0) yazdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest