"Qalatasaray" hücum xəttindəki problemi yoluna qoymaq üçün hərəkətə gəlib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Ərən Dərdiyokdan məmnun qalmayan baş məşqçi Fatih Terim rəhbərlikdən forvard transferi tələb edib.

İstanbul nəhənginin hədəfindəki ilk qolçu "Tottenhem"li Fernando Lyorentedi. "Cim-bom" rəsmiləri onunla və klubu ilə danışıq aparmaq üçün yaxın günlərdə Londona səfər edəcək. Bu mövsüm cəmi 3 oyunda ümumilikdə 24 dəqiqə meydanda olan İspaniya millisinin üzvü özü də "Tottenhem"dən ayrılmaq niyyətindədi. "Sarı-qırmızılılar" bu keçid üçün pul xərcləmək istəmir.

Qeyd edək ki, Fernando Lyorentenin "Tottenhem"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest