Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq "Sabah"ın 2 rəqibi bəlli olub. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubuyla üz-üzə gələcək.

Elşad Əhmədovun komandası yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Lakin həmin matçlardakı rəqiblər hələ dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest