"Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta İngiltərəyə köçə bilər. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, "Mançester Yunayted" 28 yaşlı vingerin xidmətində maraqlıdı.

"Qırmızı şeytanlar" qış fasiləsində heyətini Braziliya millisinin üzvü ilə gücləndirmək niyyətindədi. İngilislər bu keçid müqabilində qarşı tərəfə 60 milyon avro təklif edib. "Yuventus" isə MY-dən Pol Poqbanı almaq fikrindədi. Turinlilər fransalının alınmasına qarşılıq Kostanı əks istiqamətə göndərməyin əleyhinə deyil.

Qeyd edək ki, Duqlas Kosta bu mövsüm "Yuventus"un heyətində 16 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest