Haitidə 2018-ci ilin yekunları ilə bağlı araşdırma aparılıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, təşkilatçılar ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 haitilini müəyyənləşdirib.

Amerika, Avropa və Afrika ölkələrində 2 milyondan çox haitilinin məskunlaşdığı bildirilən yazıda sənətçilərdən tutmuş, idmançılara qədər, ən tanınmış "10-luq" seçilib. Onlar arasında "Qarabağ"ın formasını geyinən Vild-Donald Gerye də var. 29 yaşlı müdafiəçi 2018-ci ildə ölkəsini ən yaxşı şəkildə təmsil edənlər arasında göstərilib.

Həmkarlarımız Gerye ilə bağlı seçimi bununla əlaqələndiriblər: "Azərbaycan Premyer Liqasında ikinci mövsümünü keçirən Gerye bu ölkədə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Mövsümün əvvəlində ona İtaliyadan təklif gəlsə də, futbolçu "Qarabağ"da qalmağı üstün tutdu. Mövsümün sonunda çempion oldu, ölkəyə uyğunlaşma prosesini geridə qoydu. Geryenin də gözəl oyununun köməyi ilə "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazandı".

Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a ötən il "Alanyaspor"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest