İngiltrə Premyer Liqasının XIX turunda "Brayton"un qonağı olan "Arsenal" növbəti xal itkisi ilə üzləşib (1:1). Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmadan sonra "topçular"ın baş məşqçisi Unay Emeri xoşagəlməz addım atıb.

Belə ki, ispaniyalı mütəxəssis hirsindən su qabına təpiklə vurub və o, "Brayton"un fanatının sifətinə tuş gəlib. Lakin Emeri oyunsonrası mətbuat konfransında hərəkətinə görə üzr istəyib: "Azarkeşdən məni bağışlamasını xahiş etdim. Oyundan sonra məyus idim. Qabı azarkeşə vurmaq istəmirdim. Sadəcə, ona tərəf getdi. İstənilən halda günahkaram və buna görə, həmin şəxsdən üzr istəyirəm".

Qeyd edək ki, "Arsenal" hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest